Hadisələr, Xəbərlər və Elanlar

Məqaləni oxuyun
31.03.2021 SƏNƏTKARLARA EHTİRAMLA: RAFİQ BABAYEV(1936-1994)

31 mart 1936-cı il - Azərbaycan jazzının tarixində ən yaddaqalan günlərdən biri – Azərbaycanın görkəmli jazzmenlərindən və mədəniyyət xadimlərindən biri, xalq artisti, bəstəkar, pianoçu və pedaqoq Rafiq Fərzi oğlu Babayevin doğum tarixidir.

Məqaləni oxuyun
13.03.2021 YENİLİKLƏR: NATƏVAN HÜSEYNOVANIN “AZƏRBAYCANDA JAZZ. XX ƏSR” KİTABI

Azərbaycan jazz'ı haqda ədəbiyyat kitabxanası yeni bir nəşrlə - musiqişünas və jurnalist Natəvan Hüseynovanın "Azərbaycanda Jazz. XX əsr" adlı kitabı ilə zənginləşmişdir. Kitabın əsasını müəllifin 1991-ci ildə bəstəkar və musiqişünas, əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın elmi rəhbərliyi altında yazdığı "Azərbaycanda jazz-muğamın yaranması və təşəkkülünün tarixi zəminləri" mövzusunda diplom işi olmuşdur.

Məqaləni oxuyun
16 MART – VAQİF MUSTAFAZADƏNİN DOĞUM GÜNÜDÜR!

Mart ayı Azərbaycanda təkcə bahar fəslinin və Novruz bayramının müjdəçisi deyil, həm də incəsənət aləmində əlamətdar bir mövsümdür: Səttar Bəhlulzadə,Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Vaqif Mustafazadə, Rafiq Babayev və digər artistlər kimi görkəmli şəxsiyyətləri dünyaya məhz mart ayı bəxş etmişdir.

Məqaləni oxuyun
03-05.07.2020 “TOFİQ HƏSƏNSOY VƏ BAKUBA JAZZ BAND” JAZZ QRUPU PETROJAZZ FESTİVALIN (SANKT-PETERBURQ) İŞTİRAKÇISIDIR

"Virusa qarşı Jazz!" şüarı altında gerçəkləşən XVI Beynəlxalq "PetroJazz" festivalı 2020-ci ilin iyulunda keçirilib. Fevral ayına planlaşdırılan festival pandemiya və KOVİD-19 virusunun yayılması nəticəsində bütün dünyada baş verən kollaps ilə bağlı dəyişikliklərə məruz qalmışdır.

Məqaləni oxuyun
27.08.20 FƏRİD HAYRULİN DÜNYANI TƏRK ETDİ…

2020-ci il avqustun 27-də azərbaycan mədəniyyət, jurnalistika və kütləvi media aləmi daha bir əvəzsiz itki verdi: Azərbaycanın əməkdar mədəniyyət işçisi, məşhur fotojurnalist, Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Memarlar İttifaqının, Azərbaycan fotoqraflar Birliyinin üzvü Fərid Hayrulin vəfat etdi. Uzun illər mübarizə apardığı ağır xəstəlik, təəssüf ki, qalib gəldi.

28 SENTYABR – 1 OKTYABR, 2019. NƏSİMİ FESTİVALI

Baku Summer Jazz Days – 2019

10-15 iyun paytaxtımızda məşhur müasir jazz ulduzlarının iştirakı ilə Baku Summer Jazz Days Festivalının artıq III keçirilişi baş tutacaqdır. Festival çərçivəsində Erik Truffaz (İsveçrə), Adam Ben Ezra (İsrail), IRIAO (Gürcüstan), Tom Ibarra (Fransa), Oleg Lundstrem Orchestra (Rusiya) çıxış edəcək. Baku Summer Jazz Days – nadir çoxcəhətli layihə olub, “Premier Art Ltd Management” prodüser agentliyinin təşəbbüsü və təşkilçiliyi ilə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
bar close