MƏQALƏLƏR VƏ MÜSAHİBƏLƏR

Məqaləni oxuyun
VAQİF SADIQOVUN “CASPİAN GROOVE” ALBOMUNUN AZƏRBAYCAN ÇALARLARI

Tanınmış azərbaycan və rus jazzmeni Vaqif Sadıqovun düz 6 il bundan əvvəl ərsəyə gəlmiş "Caspian Groove" kompakt albomu bu gün üçün daha aktuallıq qazanıb, öz obraz məzmunu, obrazları ilə xalq tematik mənbələrinin və onların jazz üslubundakı təfsirlərinin üslub ahəngliyinə görə xüsusi diqqət cəlb edir. Və əgər V.Sadıqovun bilavasitə prodüser əməyi ilə bərabər, bu gözəl albomun yaradılmasında görkəmli rus jazzmenlərinin iştirak etməsini də nəzərə alsaq, müxtəlif nəsillərin ifaçılarının yaradıcı tandemi alboma dinləyici diqqətini daha da artırır. Kompakt diskin başlığından əlavə "Vaqif Sadıqov və onun dostları" sərlövhəsində bu əməkdaşlıq öz əksini tapır.

Məqaləni oxuyun
VII BEYNƏLXALQ JAZZ GÜNÜ – 2018 /RUSİYA, SANKT-PETERBURQ

8-30 aprel 2018-ci il Rusiyanın ən gözəl şəhərlərindən biri olan Sankt-Peterburqda keçirilən VII Beynəlxalq Jazz Gününün tarixi oldu. Misilsiz görkəmi, möhtəşəm imperiya keçmişinə malik, öz baleti, təsviri sənəti, teatrı və peterburq jazzmenlərinin yaratdığı məxsusi urbanistik jazz sənəti ilə dünya mədəniyyətinə böyük töhfələr gətirmiş şəhər kimi tanınmış Peterburq tədbirin paytaxtı olaraq seçilmişdi. Üç günün ərzində baş tutan ənənəvi beynəlxalq jazz forumu möhtəşəm tədbirlərin – filarmonik və açıq havada keçirilən konsertlərin, ustad dərslərin, seminarların, kino təqdimatların, panel diskussiyaların və yekun qala-konsertin keçirilişi ilə qeyd olundu.

Məqaləni oxuyun
P E R S O N A: RÖVŞƏN SƏNANOĞLU

"PERSONA" seriyasını biz fəaliyyəti və fikirləri bizə həm jazz sənətinin inkişafı, həm də musiqi, mədəniyyət və müasirlik haqda düşüncələr baxımından faydalı və mütərəqqi sandığımız yaradıcı insanlarla ictimai xadimlərin portret və irsinə həsr edirik.

Məqaləni oxuyun
RESPUBLİKA AKADEMİK, XALQ VƏ JAZZ MUSİQİSİ FESTİVALI

2018-ci il 03 - 10 dekabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalına musiqi məktəbləri və kolleclərinin şagirdlərindən ibarət böyük heyət təşrif buyurmuşdu. Mədəniyyət Nazirliyinin təşkili dəstəyi ilə Orta İxtisas Musiqi Məktəb-Studiyasının və BMA-nın “Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının (kafedra müdiri – sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Məmmədova) müştərək layihəsi əsasında klassik, xalq və jazz musiqisi üzrə Respublika Festivalı keçirilmişdi.

Məqaləni oxuyun
2018 BAKI YAY JAZZ GÜNLƏRİ

04-08 iyun paytaxtımızda "Bakı Yay Jazz Günləri" (Baku Summer Jazz Days) keçirildi. Layihə yeganə kamera məkanda – Beynəlxalq Muğam Mərkəzinin səhnəsində keçirildiyi üçün bu şəkildə adlandırılmışdır. “Premier Ltd Art” prodüser agentliyinin rəhbərliyi və təşkilçiliyi altında keçirilmiş bu mini-festival, Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənərək dünya jazz ulduzlarının ...

bar close