03-05.07.2020 “TOFİQ HƏSƏNSOY VƏ BAKUBA JAZZ BAND” JAZZ QRUPU PETROJAZZ FESTİVALIN (SANKT-PETERBURQ) İŞTİRAKÇISIDIR

“Virusa qarşı Jazz!” şüarı altında gerçəkləşən XVI Beynəlxalq “PetroJazz” festivalı 2020-ci ilin iyulunda keçirilib. Fevral ayına planlaşdırılan festival pandemiya və KOVİD-19 virusunun yayılması nəticəsində bütün dünyada baş verən kollaps ilə bağlı dəyişikliklərə məruz qalmışdır.

Festival iştirakçılarının böyük siyahısında Çexiyadan, Estoniyadan, İsraildən, Bolqarıstandan, Makedoniyadan, İsveçrədən, Rusiyadan və digər ölkələrdən olan musiqiçilərlə yanaşı, Azərbaycandan gəlmiş jazz qrupunu görmək xoş idi. Bizim jazz qrupumuzun heyətinə solist-müğənni Tofiq Həsənsoy, pianoçu Nicat Aslanov, akkordeonçu Seymur Həsənsoy, bas-gitaraçı Nicat Paşazadə, zərb alətləri ifaçısı Yevgeni Manuxin və perkussiyaçı, respublikanın Əməkdar Artisti Tofiq Cabarov daxildir.

Bakılı jazz musiqiçilərin çıxışı iyulun 5-də baş tutub.

“PetroJazz” festivalı 2003-cü ildən Sankt-Peterburqda keçirilir, sonuncu dəfə isə Moskvada Çex Mərkəzi, Plovdiv İcması, Bolqarıstan, ABŞ səfirliyi və Mədəni əməkdaşlıq Fondu, Danimarka Mədəniyyət İnstitutu, Sankt-Peterburqda İsrail Dövlətinin Baş Konsulluğu, Eston Jazz İttifaqı və Kopenhagen Jazz Festivalı onun keçirilməsində öz dəstəyini göstərmişdir. Jazz Piterinin müxtəlif meydançalarında çıxış edən parlaq qruplar arasında Jay Delver, Saşo Popovskinin triosu, İsveçrədən Laurent Nicoud, İsrail saksofonçusu Robert Ançipolovskinin, Londonun soli bas-gitara ifaçısı Shez Raja da var. Festival Avropanın aparıcı musiqi internet portalları və müxtəlif teleşirkətlər tərəfindən canlı efirdə yayımlanırdı ki, onlardan biri də “Teledom” şirkəti idi.

“Sankt-Peterburqdakı Ostrovski meydanında deyil, TV və sosial şəbəkələrdə jazz həvəskarları üçün canlı musiqi dinləmək qeyri-adi idi. Amma həyatda hər şey nə zamansa ilk dəfə olur. Bizim qrupumuz “PetroJazz” Festivala 2020-ci ilin fevral ayında Alanya şəhərində (Türkiyə) keçirilən XVI Beynəlxalq Jazz Festivalında uğurla çıxış etdikdən sonra dəvət olunmuşdur. Amma koronavirus pandemiyası ilə əlaqədar biz canlı çıxış edə bilmədik və başqa ölkələrin nümayəndələri kimi, bizim konsertin yazısını jazz festivalına göndərdik. Bizim qrupun repertuarına azərbaycan və türk bəstəkarlarının əsərlərinə, bəzi jazz standartlarına əsaslanan kompozisiyalar, eləcə də müəllif və eksperimental musiqisi daxil idi. Təqdim etdiyimiz musiqi onunla orijinaldır ki, özünəməxsus Latın Amerikası aranjimanında öz əksini taparaq bizim milli folklorumuz olan muğam səsləri ilə zənginləşmişdir”, – layihənin muəllifi və meneceri, qrupun prodüseri deyə Nigar Babazadə qeyd edib.

“Tofiq Həsənsoy və Bakuba jazz band” qrupuna gələcək jazz səhnələrində uğurlar arzulayırıq!

xəbərlərə keçin
bar close