04.06-08.06.2018 BAKI YAY JAZZ GÜNLƏRİ

Baku Summer Jazz Days (Bakı Yayının Jazz Günləri) – adlı silsilə, jazz konsertlərinin formatı yeganə və yığcam məkanda – Beynəlxalq Muğam Mərkəzinin səhnəsində keçirildiyi üçün belə adlandırılıb. 2018-ci ilin yay mövsümü həmin “Baku Summer Jazz Days” festivalı ilə başladı. “Premier Art Management” prodüser agentliyinin təşəbbüs və təşkilçiliyi altında və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ardıcıl olaraq beş gün ərzində müasir jazz’ın aparıcı ifaçılarının konsertləri və jazz’a həvəsli rəssamların əsərlərindən ibarət sərgi keçirildi.

İlk konsertin iştirakçısı məşhur İsrailli şeypur ifaçısı Avişay Kohenin kvarteti olub, maraqlı dünyəvi jazz və ethno-jazz proqramı təqdim etmişlər.

5 iyun Elçin Şirinov ilə Macarıstan musiqiçiləri – Andres Deşin rəhbərlik etdiyi trio Avropa qastrollarında işlədikləri müştərək ethno-jazz layihələrini ilk dəfə Bakıda təqdim etdilər.

7 iyun publikanı fank, soul və ritm-end-blyuz üslubunda parlaq qadın ifaçılardan biri, gitaraçı Nik Uestin çıxışı oldu.

“Baku Summer Jazz Days” iyunun 8-də, jazz pərəstişkarlarının çoxdan gözlədikləri pianoçu Ceki Terrasson (ABŞ) ilə şeypur və zərb alətləri ifaçısı Stefan Belmondonun (Fransa) duet konserti ilə tamamlandı. Fransalı multiintstrumentalist-cazmen olan S.Belmondo ilə birlikdə onlar romantik, həzin və sadə bir jazz axşamı təqdim etdilər.

Əfsuslar olsun ki, tanınmış türk jazz gitaraçısı, ötən il iyun ayında Muğam Mərkəzinin səhnəsində Şallıel Bros saksofonçu qardaşları ilə birgə konsertində bakılı publikanın yaddaşında parlaq təəssürat qoymuş Öndər Fokanın konserti qəfil texniki səbəbdən təxirə salındı.

Final Tiles Gallery id=7 does not exist
xəbərlərə keçin
bar close