07.06.2017 Jazz – sərhədsiz və qeyri-məhdud: Beynəlxalq Muğam Mərkəzində Jazz Axşamları

“Premier LTD” prodüser agentliyi Fransa, Belçika, Türkiyə səfirlikləri və Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə 7 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində təkrarolunmaz beynəlxalq jazz layihəsi təqdim etmişdir. Bu layihədə Fransa, Belçika, Türkiyə və Azərbaycandan məşhur musiqiçilər iştirak etmişlər. Azərbaycanı istedadlı pianoçu, jazzman Elçin Şirinov təmsil etmişdir.

Layihə bir məkanı – Muğam Mərkəzinin səhnəsini bölən iki konsertdən ibarət jazz axşamına çevrildi. Müxtəlif bölgələrdən təşrif buyurmuş jazz musiqiçilərinin çıxışı üslubca iki fərqli aləmi duymağa imkan yaratdı. Jazz axşamının iştirakçıları çağdaş zamanın müasir cərəyanlarını təmsil edən ifaçılar idi. Azərbaycanın tanınmış gənc pianoçularından biri, Nyu-Yorkda Keyvin Heyes və Aaron Qoldberq kimi cazmenlərdən dərslər almış Elçin Şirinov məşhur jazz ifaçıları, Co Zavinul ilə layihələrdə əməkdaşlıq etmiş jazzmenləri – Avropanın öndər jazz basistlərindən olan Linli Marte (Fransa) və zərbçi Stefan Qalland (Belçika) ilə bahəm daha çox öz və müştərək bəstələdiyi “Sunnyside” layihəsini təqdim etdi. Albom 2016-cı ilin avqust ayında buraxılmışdır. Məşhur müasir jazz pianoçusu Brad Meldo albomu dinlədikdən sonra bu təəssüratını etiraf etmişıdir: “Bu albom böyük nailiyyətdir, onu dinləmək xoş təsir bağışlayır, musiqi böyük ifadə qüvvəsi və gözəl ifası ilə seçilir”. “Qız qalası”, Ü.Hacıbəylinin məşhur “O olmasın, bu olsun” musiqili komediyasından Məşədi İbadın kupletlərinə əsaslanan məzəli improviz, “Sarı gəlin” xalq mahnısı və s.yadda qalan kompozisiyalar səsləndi.

Caz – sərhədsiz və qeyri-məhdud: Beynəlxalq Muğam Mərkəzində Caz Axşamları

Konsertin ikinci bölməsi publikanı fəth edən bir axşam oldu: bu, Türkiyənin tanınmış jazz gitaristi və öndər jazz xadimlərindən biri Öndər Focanın öz ətrafına gənc ifaçıları toplayaraq buraxdığı son “Funkbook” adlı albomunun təqdimatı idi. Ö.Focanla yanaşı gənc, lakin artıq məşhur saksofonçu qardaşlar Anıl və Batuhan Şallıel və orqanist Kaan Büyükoğlunun iştirakı ilə ənənəvi jazz’ın müasir yozumu kimi səslənən postbop cərəyanlı musiqi səsləndi.

xəbərlərə keçin
bar close