07.06 – 08.06.2018 IX BEYNƏLXALQ QAFQAZ JAZZ FESTİVALI

Hər il Qafqaz ölkələrini, eləcə də dünyanın müxtəlif qitələrindən təşrif buyuran musiqiçiləri toplayan Qafqaz Jazz Festivalının Tbilisi şəhərində növbəti keçirilişi baş tutdu. Bu dəfəki festivalın iştirakçıları Gürcüstan musiqiçiləri ilə yanaşı, ABŞ, Azərbaycan, Türkiyə, Ermənistan jazz qrupları oldu. Festivalda iştirak edən musiqiçilərin – S.Qəmbərovun, G.Melikişvili, A.Usnuns, Ş.Öztaş, B.Karaman, M.Olqanın, və qrupların «Канудоси», «New Quintet», «Kavkaz Jazz Quartet» – ayrıca keçirilən jazz konsertləri müştərək improvizələri daxil edən cem-seyşnlərlə növbələşirdi. Gürcüsatnın Msheta və Siqnaqi kimi tarixi şəhərləri üzrə maraqlı tarixi-coğrafi ekskursiyalar da təşkil olundu.

Azərbaycandan dəvət almış pianoçu və bəstəkar, cazmen Salman Qəmbərov festival proqramında öz ethno-jazz və dünyəvi jazz standartlarına kompozisiyalarını ifa etdi. Festival öz ənənəsinə sadiq olaraq, tamamlayıcı təntənəli konsertlə və olduqca parlaq cem-seyşn hissəsi ilə proqramını 8 iyun başa vurdu.

xəbərlərə keçin
bar close