07.09-10.09.2017 Barrell Jazz Nights Festival

Bakıda Barrell Playground adlı əyləncə mərkəzi və meydanı Barrell Jazz Nights adlı I Beynəlxalq Jazz Musiqi Marafonunun məkanı oldu. Marafon dörd günü əhatə edən 7-10 sentyabr tarixində Barrell Playground səhnəsini bölüşən müxtəlif musiqiçilərin iştirakı ilə baş tutdu.

İlk gün Gürcüstan cazmenləri – yeni gənc saksofonçu Xondzi G Cank, yaxşı tanınan Zaza Tsertsvadze (zərblər), Levan Deisadze (bas-gitara) və Paata Andriadzenin (klavişli alətlər) iştirakı ilə hərarətli Qafqaz cazına həsr edilmişdi.

İkinci günün iştirakıçıları Bakı Jazz Mərkəzinin təşkilatı altında keçən festival və cem-seşnlərin iştirakçıalrı olmuş Yakov Okun (piano) və onun Sergey Qolovnya (saksofon), Vitaliy Solomonov (kontrabas) və David Tkebuçava (zərb alətləri) idi ki, auditoriyanı sırf bi-bop və post-bop ənənələrində təqdim etdiyi öz kompizisiyaları ilə valeh etmişdlər.

Ruslan Ağababayevi Bakı cazmenləri və cazsevərləri yaxşı tanıyır. O, həm jazz’ın milli qollarına maraq bəsləyən, həm də gözəl ənənəvi meynstrim jazz’ını da gözəl akademik səslənişlə ifa edə bilən pianoçudur. Barrell Jaz Festivalının sevilən qonaqlarından biri kimi, Ruslan öz amerikalı cazmen dost-əməkdaşları – saksofonçu Luis Qodvin, zərbçi Endryu Etkinson və basist Edvard Peres ilə rəngarəng proqramı, T.Quliyevin, V.Mustafazadənin mövzularına kompozisiyaları və digər etnoimprovizələri ilə dinləyicilərə ən xoş jazz təəssüratlarını bağışladı.

Сабина Гаджиева

Marafonun son günü Bakı cazmenlərinin – xalq artistləri Cəmil Əmirovun “Savab” və Salman Qəmbərovun çoxüslublu “Bakustik – Jazz” qruplarına, professional jazz müğənnisi Səbinə Hacıyevanın çıxışlarına həsr edilmişdi. Forumu tamamlayan cem-seyşn hissəsinə qatılan gənc musiqiçilər – Firidun Həmidov, Zaur Mirzəyev də bütün iştirakçıları Barrell Jazz sədalarına köklədi.

Final Tiles Gallery id=16 does not exist
xəbərlərə keçin
bar close