“Just Jazz” (Yalnız Jazz) – H.Əliyev adına Respublika Sarayında keçirilmiş, ideya və formasına görə “Jazzeri Band” konsert silsiləsinin məntiqi davamı olan yeni konsert proqramı belə adlanır.
14 yanvar 2020-ci il – silsilənin ilk konserti yenicə ifaya başlayan gənc heyətlərin və ifaçıların iştirakilə baş tutdu. Sözsüz ki, ifa edilən musiqinin repertuarı nəinki jazz standartları və kompozisiyaları, həm də bir çox müasir üslublarda musiqi təşkil edirdi: Əzizə Mustafazadənin jazz əsərlərinin tar ilə trio üçün işlənmələri, jazz standartları, “Kronos Kvartet”-ə yaxınlaşan akustik heyətli improvizələr və müasir üslublar, “Earth Wind & Fire”, “Kool and the Gang” və başqa qrupların tərzində soul, pop standartları.
Konsertdə Vüsal İsgəndərzadənin idarə etdiyi “Şur” triosu, jazz pianoçusu Nicat Aslanovun triosu, müğənnilər – Aytən Orucəliyeva, Ləman Abbaszadə, “Passion Band”, “Coffee Band” qrupları, müğənni Nərmin Məmmədli, pianoçu Tural Rafayel, müğənni Mehdi Abbaszadə, respublikanın əməkdar artistləri zərbçi Tofiq Cabbarov, bas-gitaraçı Ruslan Hüseynov, tarzən Şəhriyar İmanov və digərləri iştirak etdilər.
Final Tiles Gallery id=46 does not exist