14-28.10.2018 BAKI JAZZ FESTİVALI

Ənənəvi olaraq payız fəslinə təsadüf edən Beynəlxalq Bakı Jazz Festivalının növbəti keçirilişi 14-28 oktyabr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “A+A” şirkətlər qrupunun təşkilçiliyi, eləcə də Türkiyə, Norveç, Fransa, Almaniya, ABŞ, Gürcüstan və digər ölkələrin ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutdu. Festival çərçivəsində keçirilmiş gənc ifaçıların “I’m jazzman” müsabiqəsi, tanınmış jazz musiqiçilərinin iştirakı ilə ustad dərslər, rəssam Cəmalə Rəhmanlının sərgisi və məşhur kinoşünas Ülvi Mehdinin iştirakı ilə kinoseanslar təşkil olundu.

Paytaxtımızın müxtəlif salonlarında və səhnələrində ölkənin məşhur müasir jazz musiqiçiləri:

  • artıq dördüncü dəfə çıxış edən Omar Lyo-Fukanın bu dəfə 50 illiyi münasibətilə konserti,
  • norveç kollektivlərinin – basist Maqne Tormodsetterin heyəti və pianoçu Helqe Lienin triosu,
  • parlaq saksofonçu Uve Şteynmesin,
  • isveç qrupu MusicMusicMusic,
  • fransız musiqiçi Qrequar Marenin kollektivi ilə amerika jazz müğənnisi Kristi Daşell,
  • Jan Kristof Kolenin triosu,
  • Kodaly Spicy Jazz macar heyətinin musiqiçiləri,
  • Türkiyədən Can Çankaya və Hakan Yıldız,
  • Belçikadan Martin Saleminin triosu,
  • braziliyalı bas-gitaraçı Maykl Pipokinyanın triosu,
  • Hollandiyadan Ruben Heynin triosu,
  • estoniya jazz müğənnisi Laura Pıldverenin və digər ifaçıların konsertləri keçirildi.

Festival çərçivəsində bakı jazz ifaçılarının da – gitaraçı, respublikanın əməkdar artisti Həsən Bağırovun və əslən bakılı musiqiçi olan pianoçu Leonid Ptaşkonun çıxışları, gənc ifaçılardan Əfqan Rəsul, Nurlan Abdullazadə, Elvin Bəşirov və başqalarının iştirakı ilə proqram da baş tutmuşdur.

Final Tiles Gallery id=11 does not exist
xəbərlərə keçin
bar close