15.11.2017 PATTİ OSTİN “FOR ELLA” ALBOMU İLƏ BAKIDA!

2017-ci ilin jazz təqvimi dünya jazz’ının “ilk ledilərindən” olan Ella Fitsceraldın 100 illiyi və bu tarixin bütün dünyada geniş qeyd olunması ilə əlamətdardır. Bu yubileyə Patti Ostin də qatılaraq, noyabrın 7-dən etibarən jazz turnesi hazırlamış və bu səfər çərçivəsində Finlandiya, Norveç və İsveç kimi ölkələrə, tamamlanma mərhələsi kimi isə Bakıya “For Ella” adlı ithaf albomunun təqdimatı ilə təşrif buyurmuşdur.

2017-ci il noyabrın 15-də “Premier Ltd Art” prodüser agentliyinin təşəbbüsü və təşkilçiliyi ilə paytaxtımızın publikasına daha bir olduqca xoş hədiyyə təqdim edildi. Heydər Əliyev Mərkəzinin səhnəsi həmin günün axşamı dünya şöhrətli jazz ulduzu, “Grammy” mükafatı laureatı, müğənni Patti Ostinin çıxışı ilə paytaxtımızın jazz hadisələrindən birinin məkanı oldu.

Патти Остин и ее альбом «For Ella»

Jazz sənətinin ilk ledilərindən biri Ella Fitscerald bir sıra jazz standartlarının, pop-musiqi terminologiyası ilə desək – jazz hitlərinin gözəl təfsirini yaratmış sənətkarlardandır. “Honeysuckle Rose”, “The Man İ Love”, “Our Love İs Here To Stay”, “Too Close for Comfort”,
“Miss Otis Regrets”, “A Tisket A Tasket”
və digər jazz mövzuları Patti Ostinin füsunkar ifasında “For Ella” audio albomunda səslənib.

Final Tiles Gallery id=13 does not exist
xəbərlərə keçin
bar close