Hər il Tbilisidə məkan alan Beynəlxalq “Kavkaz Jazz” Festivalı bu il öz 10-illik yubileyini qeyd edərək, bu dəfə daha geniş biçimdə, “Music Forum & Showcase by Kavkaz Jazz” formatında keçirildi.
Foruma xüsusi dəvət alan qonaqlar qismində, üç qafqaz ölkəsi – Gürcüstan, Azərbaycan, Ermənistandan başqa, digər ölkələrdən – ABŞ, Belçika, İtaliya, Fransa, Çexiya, Türkiyə, Ukraynadan gələn art-menecerlər, prodüserlər, festival direktorları və mass-media nümayəndələri iştirak etdi.
Forumun qonaqları və iştirakçıları ilə görüşlər 22-23 noyabr “Courtyard Marriott” oteli və “Expo Georgia” pavilyonunda baş tutdu.
Forumun ilk günü dəyirmi masa ətrafında məşhur prodüser mərkəzlərinin, incəsənət mərkəzlərinin və festival brendlərinin iştirakilə baş tutan müzakirədən başladı.
İştirakçılar arasında Abu-Dabidən NYU sənət mərkəzinin məsul direktoru, eləcə də GlobalFEST festivalının həmtəsisçisi Bill Bragin (Bill Bragin); Belçikadan BOZAR incəsənət mərkəzinin musiqi proqramlarının direktoru Rul Vanhuk (Roel Vanhoeck); Avropa Ölkələrindən Europe Jazz Network şəbəkəsinin koordinator-administratoru Françeska Çerretani (Francesca Cerretani); Çexiya Respublikasından Bohemia Jazz Festival-ın direktoru Anna Linka; Türkiyədən Renkli İşler artist mərkəzinin nümayəndəsi Özlem Köşeoğlu; Gürcüstandan Tbilisi Open Air Beynəlxalq Jazz Festivalının promouteri David Tsintsadze və digər artist sənət brendlərinin nümayəndələri qeyd olunmalıdır.
Ekspertlər, festival təşkilçiləri və mass-media nümayəndələrinin müzakirə və çıxışlarında indiki art-industriyanın qlobal problemlərinə – publika və ifaçılar münasibətinə; musiqi sektorunun vacib bir qismi olan publikaya; keçmiş və indiki zamanda jazz ifaçılığının vəziyyətinin müqayisəsinə; musiqi ekosistemi və infrastrukturu sahəsində islahata və s. dair məsələlər müzakirə edildi.
Forum çərçivəsində keçən musiqi konsertlər və şou-keyslər “Kavkaz Jazz Kvartet”-in (müxtəlif ölkələrin jazzmenlərinin – G.Melikişvili, S.Qəmbərov, Ş.Öztaş, A.Usnuntsun iştirakilə), eləcə də “IRIAO” ansamblının və G.Kiknadzenin jazz-kvartetinin iştirakilə baş tutdu.
Azərbaycanı pianoçu Əfqan Rəsul, Azərbaycan Respublikasının əməkdar artisti Ruslan Hüseynov və zərbçi Elvin Bəşirovun iştirakilə jazz triosu təmsil etdi.
Final Tiles Gallery id=43 does not exist