26.06 – 17.07.2018 “AHMEDOWSKY TRIO” XXV İSTANBUL JAZZ FESTİVALINDA

2018-ci ilin 26 iyun – 17 iyul tarixlərində Türkiyə paytaxtında XXV İstanbul Jazz Festivalı keçirilmişdir. Festivala dəvət alan ifaçılar sırasında Türkiyənin Öndər Focan və onun “Organic Quartet”i, Al’ York, Ozoyo, So Duo və Dostları, Takidum, Sibel Demirin “Quintet”i, məşhur jazz və rock ulduzlarından isə Robert Plant, Kört Eylinq və b. qeyd oluna bilər.

“25 Yıldır Caz ve Dahası” şüarı festivalın keçirilmə formasına mühüm bir status vermişdir.

Bu festivalda Azərbaycanı Ahmedowsky Trio müasir rock-jazz qrupu təmsil etmişdir.

28 iyun tarixində baş tutan konsertdə trio “Caspian Broadcasting” adlı yeni albomunu təqdim etmişdir. Rock, fusion, funk, jazz üslubunun rəngarəng axınlarını ehtiva edən üslubda musiqi, milli qəhrəman Çingiz Mustafayevin xatirəsinə ithaf olunan “Rekviyem” (müəllifi Rasim Müzəffərli) və digər kompozisiyalar bu albomu fərqli edir.

Xatırladaq ki, Ahmedowsky Trio qrupu 2016-cı ilin iyun ayında yaranıb, “Sketches of Vagif” adlı və məşhur Azərbaycan cazmeni V.Mustafazadəyə həsr edilmiş ilk albomu ilə öz fəaliyyətinə başlayıb.

Qrupun mütəmadi uğurlu çıxışları onu gənc publika üçün daha da sevimli edir. Qrupun üzvləri – Babək Ahmedovski (gitara),
Xudayat Əhmədov (zərb alətləri) və Məhəmməd Lətiflidir (bas gitara).

Final Tiles Gallery id=8 does not exist
xəbərlərə keçin
bar close