15-16.11.2019 “JAZZ ACROSS BORDERS” III BEYNƏLXALQ JAZZ FORUM-FESTİVALI

Sankt-Peterburq şəhəri artıq növbəti III Beynəlxalq Jazz Forum-Festivalını keçirməyə müvəffəq oldu. VIII Sankt-Peterburq Beynəlxalq Mədəni Forumu çərçivəsində keçirilən “Jazz Across Borders” Forum-Festivalının zəngin tədbirləri 15-16 noyabr “FREEDOM” məkanında baş tutdu. İki gün davam edən “Jazz Across Borders” Forum-Festi Rusiyanın ən önəmli jazz hadisələrindən biridir.

“Jazz Across Borders” – mədəniyyətlərarası dialoq, əməkdaşlıq, dünyanın ən müxtəlif bölgələrinin mədəniyyətlərinin inteqrasiyası üçün nadir platformadır.

2019-cu ildə onun şoukeyslərinə qatılan bir çox ölkələr sırasında Rusiyalı ifaçılar və qruplarla bərabər, ABŞ, Frans, İsveçrə, Estoniya olmuş, tələbə heyətlərinin dinləyişində isə ölkənin ən aparıcı musiqi təhsil ocaqlarının – Qnesinlər adına RMA, M.Musorqski adına Musiqi Kolleci, Qnesinlər adına Musiqi TədrisiEstrada Jazz İnstitutu, Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu, A.K.Lyadov adına Uşaq Musiqi Məktəbinin (Moskva) tələbə və şagird qrupları iştirak etmişdir.

Forumun musiqili-tədrisi seksiyasını “Big Sky” adlı gənc jazz ifaçılarının müsabiqəsi tamamlamışdır.

Forum-Festin mərkəzi və ən ümdə hissəsini hazırkı jazz industriyasının ən aktual problemlərinə – repertuarların planlaşdırılması, piar və xarici bazara çıxış məsələləri, jazz sənayesinin sosial-mədəni təşkil aspektləri və s. həsr edilmiş panel diskussiyaları və pablik-toklar təşkil edirdi.

Rusiya, ABŞ, Belçika, Avstriya, Fransa, İtaliya, Bosniya və Herseqovina, Finlyandiya, Polşa və b. ölkələrin bir çox ekspertlərinin, nəzəriyyəçi və pedaqoqların, təşkilçi və sahibkarlarının, eləcə də prodüser mərkəzlərinin iştirakilə görüş və söhbətlər də baş tutmuşdur.

Müasir jazz ustalarının iştirakilə keçən master-klasslar – məşhur amerika şeypurçusu Till Brönnerin vörkşopu və məşhur zərbçi Aleksandr Maşinin “İnstrumentalistlər və vokalistlər üçün ritmin inkişaf sistemi” mövzusunda apardığı ustad dərsi yaddaqalan olmuşdur.

Forum-festin gündəlik görüşləri və şou-keysləri, ənənə üzrə, axşam konsertləri ilə tamamlanırdı.

Təntənəli Qala-açılış mərasimi, “Mariinka-2” teatrında rus jazz’ının məşhur ulduzları, eləcə də gənc jazz kollektivlərinin iştirakilə keçib böyük bir auditoriya topladı.

III Beynəlxalq Jazz Forum-Festivalının Qala-Konserti 16 noyabr Sankt-Peterburq Filarmoniyasının Böyük zalında, İqor Butman, Till Brönner, Moskva Jazz Orkestri, LRK Triosu, Sergey Doljenkovun kvintetinin iştirakilə böyük jazz şənliyinin təntənəli və ümid vəd edən tamamlayıcı akkordunu vurdu.

Final Tiles Gallery id=41 does not exist
xəbərlərə keçin
bar close