30.03.2017 BAKU JAZZ CLUB: RAFİQ BABAYEVƏ İTHAF

“Landmark” mehmanxanasının 21-ci mərtəbəsində yerləşən Bakı Jazz Klubunda tanınmış azərbaycan jazz ifaçısı, pianoçu və bəstəkarı Rafiq Babayevin xatirəsi anılan jazz gecəsi keçirildi. R.Babayevin böyük bir ifaçılar nəslini formalaşdırdığı məktəbin başlıca iki nümayəndəsi – bəstəkar və jazzman Cəmil Əmirov öz “Savab” qrupu ilə, ölkəmizdən hüdudlarda geniş tanınan “Bakustik Jazz” qrupu və onun rəhbəri bəstəkar  Salman Qəmbərov, eləcə də bas-gitaraçı Ruslan Hüseynov, Akif  Süleymanbəylinin qrupu, jazz vokalçı Tofiq Həsənsoy, gənc ifaçılar – Elbəy Məmmədzadə, Afşin Əlizadə, Nicat Aslanov,Tural  Qasımlı və başqaları xatirə gecəsinin və ona fəal sonuc vuran jam-session’un iştirakçıları oldular.

Qeyd edək ki, bu xatirə gecəsi  klubun fəaliyyətinin son konserti oldu: 7 aprel rəsmi olaraq Bakı Jazz Klubunun fəaliyyəti dayandırıldı.

Final Tiles Gallery id=15 does not exist
xəbərlərə keçin
bar close