“Jazz’ın Dostları” ictimai birliyi – ümumi maraqlar və məqsədlər, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında birləşmiş və mədəniyyətin inkişafına xidmət edən qeyri-dövlət ictimai birliyidir. Birliyin fəaliyyətinin əsasını – təbliğat və maarifləndirmə işi və jazz mədəniyyətinin inkişafına kömək təşkil edir.
Qoyduğu məqsədlərə uyğun olaraq, Birlik aşağıdakı vəzifələri həyata keçirir:
- Mədəniyyətin və incəsənətin inkişafı sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək;
- Jazz musiqisi pərəstişkarlarının birləşməsinə, jazz mədəniyyəti tarixinin öyrənilməsinə, istedadlı musiqiçilərin daha da inkişaf etmələrinə yardım etmək;
- Gənc musiqiçilərin təhsili və fəaliyyətdə olan musiqiçilərin ifaçılıq sənətinin kamilləşdirilməsi məqsədilə tədbirləri (təhsil, ustad-dərsləri) təşkil etmək.
Öz nizamnaməsinə əsasən nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik bu tədbirləri həyata keçirir:
- elmi araşdırmalar aparılmasına köməklik göstərmək, müxtəlif kurs və seminarlar, festival və müsabiqələr, konfranslar və görüşlər, sərgilər təşkil etmək;
- ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatlarla, regional və beynəlxalq qurumlarla əlaqə qurulması və onlarla müştərək layihələrin həyata keçirilməsi;
- Birliyin məqsədləri və fəaliyyəti barədə məlumatın sərbəst şəkildə yayımı, qanunvericiliyə müvafiq qaydada nəşr fəaliyyətinin gerçəkləşdirilməsi;
- Azərbaycan Respublikasına aidiyyəti və Birliyə müvafiq olan dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək.
“Jazz Dostları” Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin dəstəyi ilə Nuri Əhmədov və Lalə Kazımova tərəfindən 2018-ci il aprel ayında təsis edilmişdir. Qeydiyyat nömrəsi – 1118-Q62-3570.
Birliyin rəyasət heyətinə həmçinin klub rəhbərləri daxildir.
Klublar, üzvlərin fəaliyyət və ixtisas növü, eləcə də professional cəhətlərinə görə üç hissəyə ayrılır:
- Professionallar və məsləhətçilər klubuna – təmənnasız olaraq elm, təhsil, mətbuat, tənqid, mass-media, menecment sahəsində jazz məsələləri ilə professional səviyyədə məşğul olan mütəxəssislər, təşkilçilər və ifaçılıq sənətini keçmişdə təbliğ etmiş ustadlar daxildir;
- İfaçılar Klubu – jazz ifaçılıq mədəniyyətinin bilavasitə daşıyıcıları olan ifaçıları daxil edən klubdur;
- Fan Club – jazz-sevərləri və jazz fanatlarını toplayan klubdur ki, buraya jazz’a azarkeşlik edən təşkilçilər, həvəskarlar, bir sözlə – Azərbaycan jazz mədəniyyətinin inkişafına xidmət edən və ümumi vəzifələri yerinə yetirən partnyorlar daxildir. Bu kluba hər bir Azərbaycan vətəndaşı öz istəyi ilə daxil ola bilər.
PROFESSİONALLAR VƏ MƏSLƏHƏTÇİLƏR KLUBU
Professionallar və Məsləhətçilər Klubuna təmənnasız olaraq elm, təhsil, mətbuat, tənqid, mass-media, menecment sahəsində jazz məsələləri ilə professional səviyyədə məşğul olan mütəxəssislər, təşkilçilər və ifaçılıq sənətini keçmişdə təbliğ etmiş ustadlar daxildir.
Professionallar və Məsləhətçilər Klubu aşağıdakı vəzifələri həyata keçirir:
- Azərbaycanda jazz sənətinin inkişafının müxtəlif istiqamətlərinin və təmayüllərinin müzakirə edilməsi;
- ifaçılıq sənətinin inkişafı üçün təkliflərin irəli sürülməsi;
- Azərbaycanın jazz mədəniyyətinə, eləcə də dünya jazz’ına aid müxtəlif növ materialların axtarılıb sistemləşdirilməsi;
- əsas jazz hadisələrinin, təzahür və cərəyanlarının tədqiq və təhlili;
- konsert fəaliyyətinin, ifaçılıq sənətinin müzakirəsi və tənqidi;
- gənc musiqiçilərə yardım və dəstək göstərilməsi məqsədilə tövsiyələr verilməsi.
İFAÇILAR KLUBU
İfaçılar Klubu – jazz ifaçılıq mədəniyyətinin bilavasitə daşıyıcıları olan ifaçıları daxil edən klubdur.
İfaçılar Klubunun qarşısında aşağıdakı vəzifələr durur:
- Azərbaycan jazz sənətini layiqli səviyyədə təmsil etmək, öz ifaçılıq fəaliyyəti ilə vətənimizin jazz mədəniyyətini təbliğ etmək;
- vətənimizin jazz sənətini ölkəmizdə və xaricdə keçirilən festivallarda, dünya miqyaslı hadisələrdə layiqincə təmsil etmək;
- “Jazz Dostları” Birliyinin tədbirlərinin təşkilində fəal iştirak etmək;
- gənc musiqiçiləriə dəstək və yardım göstərilməsi;
- nəsillərarası varislik məqsədilə ustad və mütəxəssislərin fikir və tövsiyələrinə riayət edilməsi.
FAN CLUB
Fan Club – jazz-sevərləri və jazz fanatlarını toplayan klubdur ki, buraya jazz’a azarkeşlik edən təşkilçilər, həvəskarlar, bir sözlə – Azərbaycan jazz mədəniyyətinin inkişafına xidmət edən və ümumi vəzifələri yerinə yetirən partnyorlar daxildir. Bu kluba hər bir Azərbaycan vətəndaşı öz istəyi ilə daxil ola bilər.
“Fan Club” üzvlərinin qarşısında duran vəzifələr aşağıdakılardır:
- jazz ifaçılarının konsert fəaliyyətinin müzakirəsi;
- keçirilən tədbirlər üzrə təkliflərin irəli sürülməsi;
- Azərbaycan jazz musiqiçilərinin iştirakı ilə festivallara səfərlərin təşkili;
- ustadların maddi həvəsləndirilməsi və onlara maddi dəstək;
- jazz tədbirlərinin təşkili zamanı volontyor fəaliyyəti.
Birliyin öz fəaliyyətindən gəlir əldə etməyi onun əsas məqsədi deyildir.
“Jazz Dostları” Birliyinin fəaliyyəti 2003-2015 illərdə Bakı şəhərində uğurla fəaliyyət göstərmiş Bakı Jazz Mərkəzinin fəaliyyətinin məntiqi davamıdır.