ŞAHİN NÖVRƏSLİ “THE AMERICAN SONGBOOK” İFA EDİR

“Shahin plays The American Songbook” sərlövhəli konsert Parisdə Pol Elüar Teatrında Jazz Au Fil De Loise cəmiyyətinin dəstəyi ilə baş tutmuşdur. Bu, azərbaycanlı cazmenin eyniadlı son albomudur ki, onun ərsəyə gəlməsində dünya şöhrətli cazmen Əhməd Camalın da böyük dəstəyi var. Konsertdə kontrabasist Felip Kabrera və zərb alətlərində Joslin Azarın dəstəyi ilə Şahin Növrəslinin ifasında jazz klassikasının amerika ustaları tərəfindən yaradılmış mahnı mövzularının təfsirləri səslənmişdir. Ş.Növrəslinin təqdim etdiyi mahnı toplusuna bir sıra jazz standartları, o cümlədən Dizzi Gillespinin “52nd street theme” və Viktor Yanqın “Stella by Starlight” mövzularına improvizasiyalar, eləcə də pianoçunun öz kompozisiyaları daxil olmuşdur.

Şahin Növrəsli “The American Songbook” ifa edir

xəbərlərə keçin
bar close