ŞAHİN NÖVRƏSLİ YERUSƏLİM JAZZ FESTİVALINDA

12-14 dekabr 2018-ci il İsrail paytaxtında Yerusəlim Jazz Festivalı keçirilmişdir. Festivalın qonaqları sırasında bir çox tanınmış jazz ifaçıları – şeypurçu Avişay Koen, “Matt Wilson Trio”-su, Anat Cohen və Marçello, Kristof Kassol, Deantoni Parks, Adam Ben-Ezra və başqa ifaçılar, o cümlədən tanınmış azərbaycanlı jazz pianoçusu Şahin Növrəsli olmuşdur. Festivalın direktoru, tanınmış şeypurçu Avişay Koenin dəvəti ilə iştirak edən Şahin Növrəsli dekabrın 13 və 14-ü kontrabasist Ceyms Kammak və zərbçi Joslin Azarla birlikdə İsrail Muzeyində konsertlərlə çıxış etmişdir.

xəbərlərə keçin
bar close