Bu kimi şərəfli başlıq altında Parisdə, məşhur “Sunset Sunside” jazz klubunda 27-28 oktyabr 2018-ci ildə keçən konsertlər Şahin Növrəslinin iştirakı ilə baş tutdu. Azərbaycanlı cazmenin tədricən artan məşhurluğu, Avropa ölkələri və ABŞ, Fransa və İngiltərədə konsertlərdə və festivallarda iştirakı çox sevindiricidir. Son zamanlar Ş.Növrəslinin fəaliyyəti dünyanın məşhur jazz ustalarından olan pianoçu Əhməd Camal ilə əməkdaşlıqda keçən möhtəşəm konsertlərlə əlamətdardır.
27-28 oktyabr 2018-ci ildə Parisdə məşhur “Sunset Sunside” jazz klubunda müvəffəqiyyətlə keçən konsertdə Şahin Növrəsli kontrabasist Samuel F’hima ilə birgə öz musiqisini təqdim etdi.