AVİŞAY KOEN VƏ ELÇİN ŞİRİNOVUN JAZZ TURNESİ

Məşhur İsrailli musiqiçilər – basist Avişay Koen və perkussionist İtamar Doari azərbaycanlı jazz pianoçu Elçin Şirinov ilə birgə trio heyətində dünya üzrə turneyə çıxmışlar. İlk əlamətdar şou-konsert Yaponiyada, Blue Note jazz klubunun 30-illik yubileyi münasibətilə Tokyo Kioi Hall səhnəsində keçmişdir. Trio “17 Strings” heyətinin müşayiəti ilə çıxış etmişdir.

ЭЛЬЧИН ШИРИНОВ В ДЖАЗОВОМ ТУРНЕ АВИШАЯ КОЭНА

Növbəti tədbir – Budapeştdə, Dohan küçəsində yerləşən Sinaqoqada, 29 avqust baş tutan konsert olmuşdur.

Avişay Koenin triosu ilə keçən jazz turnesi, demək olar ki, yarım il davam edib, Avropanın şimal-cənub şəhərlərinə də yayılırdı. Oktyabr ayında İsveçdə (Aleksandr Hanson tərəfindən idarə edilən Malmö Simfonik Orkestrinin müşayiətilə), Almaniyada (Noyhardenberq), Fransada (Vernuye və Nansi şəhərlərində, Nancy Jazz Pulsations festivalında, dirijor Bastyen Stilin rəhbərliyi ilə Simfonik və Lirik orkestrlə müşayiət olunaraq) keçdi. Noyabr ayı Portuqaliya şəhərlərində (Portu, Koimbra, Lissabon və Lule şəhərlərində) və Almaniyada (Münhen və Maynsda) trionun öz çıxışları ilə keçən konsertlərə həsr olundu. Dekabr ayında isə konsert turları La Grange au Lac vilayətində “Sinfonia” kamera orkestrinin müşayiətilə konsertin sədaları ilə tamamlandı.

ЭЛЬЧИН ШИРИНОВ В ДЖАЗОВОМ ТУРНЕ АВИШАЯ КОЭНА

 

xəbərlərə keçin
bar close