Azərbaycanın jazz pianoçusu, bəndlideri Salman Qəmbərov və kürd xalq müğənnisi Aynur Doğan – “Morgenland” festivalının çoxdankı həmkarlarıdır. “Morgenland All Stars Band” festivalının layihəsində bu ifaçıların və onları müşayiət edən xalq musiqiçilərinin ifasında “Delale” kompozisiyası hamının yaxşı yadındadır: həzin kürd xalq mahnısı əsasında Aynur Doğanın ifadəli xəlqi tərzdə ifası, S.Qəmbərovun nadir, füsunkar ahəngdar harmoniyaları, Kayxan Kalxorun kamançada, Cəmil Qoçgirinin tamburda onları məharətlə müşayiət etmələri heyrətamiz təəssürat bağışlayır.
2018-ci ilin sentyabr ayında Aynur Doğan, Salman Qəmbərov və “Endless Duo” heyətinin ABŞ və Kanada şəhərləri üzrə jazz turnesi baş tutmuşdur. ABŞ turu zamanı musiqiçilərə suriyalı bəstəkar, klarnet ifaçısı Kinan Azmeh də qoşulmuşdur.
Final Tiles Gallery id=10 does not exist