Bakı Yay Jazz Günlərinin ikinci konsertinin hadisəsi İsrail kontrabasisti Adam Ben Ezranın konserti oldu.
Şərq aləminin rəngarəng musiqi çalarlarını qovuşduran üslub palitrasını təqdim edərək, Ben Ezra daha çox öz etno-jazz və world music axınlı kompozisiyalarını ansambl və bəzən də solo şəkildə ifa edirdi.
Həmin jazz axşamında A.Ben Ezranın partnyorları bas-gitaraçı Adam Amitay və zərbçi-perkussionist Gilad Dobretski idi.
Yəqin ki, israil jazzının həvəskarlarına mükafatı laureatı, novator və tamamilə unikal musiqiçi olan Adam Ben Ezranın adı xüsusən doğmalaşdı, belə ki, onun şərq monodik mədəniyyətinə müraciətlərinə azərbaycanlı jazzmenlər və bakı dinləyiçiləri çoxdandan hazırlıqlı idilər.
Konsertin aparıcısı, müğənni Tofiq Həsənsoy, axşamın qonaqlarını elan edib, sözü İsrailin Azərbaycandakı səfirinin müavini xanım Avital Rozenberqə verdi. Dinləyiciləri salamlayaraq, Rozenberq adı gedən israilli musiqiçilərin xaricdə fəaliyyətindən bir qədər söz açıb, səhnəyə həmin jazz axşamının iştirakçılarını dəvət etdi.
Adam Ben Ezranın triosu olduqca şərəflə qarşılandı.