Baku Summer Jazz Days – 2019

10-15 iyun paytaxtımızda məşhur müasir jazz ulduzlarının iştirakı ilə Baku Summer Jazz Days Festivalının artıq III keçirilişi baş tutacaqdır. Festival çərçivəsində Erik Truffaz (İsveçrə), Adam Ben Ezra (İsrail), IRIAO (Gürcüstan), Tom Ibarra (Fransa),
Oleg Lundstrem Orchestra (Rusiya)
çıxış edəcək.

Baku Summer Jazz Days – hər zaman geniş səpgidə təəssüratlar, kəşflər, ənənəvi və müasir jazz aləminin fərqli çalarlarının parlaq tutuşdurmalarını dinləyicilərə bəxş edir. Bu dəfə bakı jazz dinləyicilərinə Erik Tryuffazın jazz-rock və drum-n-base üslublardakı novator eksperimentləri, Adam Ben Ezranın məftunedici füjn musiqisi, İRİAO xor heyətinin misilsiz gürcü xalq çoxsəslilik ənənəsindəki etno-jazz’ı, Lundstremin Orkestrinin müasir meynstrim jazz’ı təqdim ediləcək. Jazz həvəskarları həmçinin fransız virtuoz jazz gitaraçısı, 2017-ci ilin “Letter One “Rising stars” Jazz Award” qalibi Tom İbarranın sənəti ilə tanış olacaqlar.

Baku Summer Jazz Days – nadir və çoxcəhətli layihə olub, “Premier Art Ltd Management” prodüser agentliyinin təşəbbüsü və təşkilçiliyi ilə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Festival qonaqlarını paytaxtımızın müxtəlif salon və zallarında – Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan dövlət Filarmoniyasında və şəhərin açıq meydanlarında keçiriləcək jazz axşamları gözləyir.

Baku Summer Jazz Days – çox sevincləri vəd edən Jazz bayramıdır!

xəbərlərə keçin
bar close