10-15.06.2019 BAKU SUMMER JAZZ DAYS

Baku Summer Jazz Days-2019 (Bakı Yay Jazz Günləri) “Premier LTD Art Management” prodüser agentliyinin təşkil etdiyi jazz bayramının artıq üçüncü il keçirilən silsiləsidir.

Dünya jazz sənətinin müasir ulduzlarının iştirakilə keçən beş musiqi axşamının məkanı olaraq Beynəlxalq Muğam Mərkəzi və Dənizkənarı Bulvarın səhnəsi seçildi.

10-15 iyun tarixlərində dörd gün ərzində bakı publikası müxtəlif musiqini dinləyib öz təəssüratlarını bölüşmək imkanını qazandı: məşhur trampet ifaçısı Erik Truffazın kvartetinin ifasında proqressiv avropa jazzı, Adam Ben Ezranın şərq fusion və etnocazı, gürcü “İRİAO” qrupunun məftunedici rəngarəng folklor jazzı, elektrogitaraçı Tom İbarranın kvintetinin ciddi və romantik funky jazzı bu təəssüratların qəhrəmanları oldu.

Festivalın təntənəli son günü musiqisevərləri dənizkənarı bulvarda, Kukla Teatrının arxasındakı meydan ətrafında toplayıb, XX əsrin ən möhtəşəm jazz-orkestrlərindən biri olan – Oleq Lundstrem adına Jazz-Orkestrin konserti ilə tamamlandı.

xəbərlərə keçin
bar close