“JAZZ DOSTLARI” BİRLİYİNƏ AİD XƏBƏRLƏR

Azərbaycanın jazz cəmiyyətində əhəmiyyətli bir hadisə baş vermişdir – 2018-ci il aprel ayında qeydiyyatdan keçmiş “Jazz Dostları” qeyri-dövlət ictimai Birliyi sentyabr ayından etibarən öz fəaliyyətinə başlamışdır.

Birlik rəyasətin sədri Nuri Əhmədov və sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru, UNESCO beynəlxalq musiqi komitəsi nəzdində milli musiqi komitəsinin prezidenti, “Yol” elmi-populyar jurnalının baş direktoru Lalə Kazımova tərəfindən təsis edilmişdir.

Birliyin əsas məqsədi – ölkəmizin jazz sənətinin təbliğ edilməsi, maarifləndirilməsi və onun gələcək inkişafına hərtərəfli köməklik göstərilməsidir. Qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, Birlik Bakıda və respublikamızın rayonlarında jazz mədəniyyəti pərəstişkarlarını birləşdirmək, jazz professionalları və həvəskarları klublarının yaradılması, jazz musiqisi tarixinin tədqiqi, istedadlı musiqiçilərin dəstəklənməsi, gənc musiqiçilərin təhsili üzrə tədbirlərin təşkili kimi məsələləri planlaşdırmışdır.

Yaxın zamanlarda isə Birlik tərəfindən jazz klublarının yaradılması və fəaliyyət göstərilməsi, eləcə də jazz layihələrinə cəlb edilmiş professional əməkdaşların və kollektivlərin fəaliyyətinə imkan yaradılması planlaşdırılmışdır.

xəbərlərə keçin
bar close