“JAZZ DOSTLARI” BİRLİYİNİN İLK FƏALİYYƏT ADDIMLARI

“Jazz Dostları” Birliyinin ilkin ciddi addımı ictimai mass-media məkanlarından biri, ölkəmizdəki və ümumdünya səciyyəli jazz hadisələrini işıqlandıran Jazz.Az jazz saytının bərpası olmuşdur.

Xatırladaq ki, sayt 2005-ci ildə Bakı Jazz Mərkəzinin direktoru Nuri Əhmədovun təşəbbüsü ilə yaradılmış və tanınmış publisist, fizika-riyaziyyat elmləri namizədi, jazz tənqidçisi Rövşən Sənanoğlunun redaktorluğu altında fəaliyyətə başlamışdır. 2000-ci illərdə ölkəmizdə baş verən bir çox jazz hadisələri işıqlandırılmış, müxtəlif jazz problemlərinə həsr olunan polemikaya da yer ayrılmış, külli miqdarda audio və video materiallar yerləşdirilmişdir. Saytın fəaliyyətinin ən önəmli hadisələrindən biri – ölkəmizin jazz həyatının, o cümlədən ən uğurlu jazz ənənələrindən birinə çevrilmiş, bədii və təşkili cəhətdən nümunəvi tədbirlər kimi tarixdə qalmış 2005, 2006 və 2007-ci illərdə keçirilən Beynəlxalq Bakı Jazz Festivallarının mətbuat konfranslarının təşkili və festivalların işıqlandırılması olmuşdur. Sonradan bir sıra texniki, təşkili və sosial səbəblər üzrə müvəqqəti olaraq öz fəaliyyətini dayandırmışdır.

2018-ci ildən etibarən Jazz.Az saytı bərpa olunmuş və 2019-cu ilin yanvar ayından etibarən öz fəaliyyətini davam etdirməyə başlamışdır.

xəbərlərə keçin
bar close