Baku Summer Jazz Days-2019 festivalının ilk günü çox şərəfli bir musiqi axşamı ilə açıldı: bakı dinləyiciləri qarşısına məşhur şeypur ifaçısı, dünya şöhrətli musiqiçi Erik Truffazın kvarteti çıxış etdi.
Geniş və dərin üslub arsenalına – drum-n-base, fusion, jazz-rock axınalarına – malik, bir çox konseptləri Mayls Deyvisin, Çet Beykerin musiqisinə kök salan Erik Truffazın kvarteti Artur Hnatek (zərb alətləri), Marçello Ciuliani (bas-gitara), Benua Korboz (elektron-dilli alətlər, royal) kimi musiqiçilərin iştirakilə təmsil olunub, dinləyicilərə hələ ki təqdim edilməmiş yeni albomu ifa etdi.
Truffazın musiqisini həm gözəl sonorlu fon, həm də kul-jazz səslənişli Mayls dönümləri üzrə ifadəli qurulmuş melos ilə seçilən gözəl səs üfüqləri fərqli edir.