ETİBAR ƏSƏDLİNİN “EXPERIMENT” LAYİHƏSİ

28 aprel 2018 ildə Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında tanınmış gənc bəstəkar və jazz pianoçusu Etibar Əsədlinin “Eksperiment” mövzusunda maraqlı seminarı baş tutmuşdur. Hal-hazırda Fransada Didye Lokvud adına Paris Musiqi Məktəbində təhsilini bitirmiş Etibar Əsədli jazz və elektron alətlər üçün musiqi sahəsində nail olduğu təcrübəsinə əsaslanaraq, müasir səs sisteminin və xüsusiyyətləri, not yazılışı, frekanslar, mikrotonlar, səsli imla texnikasının növləri, müasir texniki avadanlıqları, Logic X Pro proqramı üzərində səs ilə çalışma mövzularına dair maraqlı və faydalı bilgilərini iştirak edən tələbə və müəllim heyəti ilə bölüşmüşdür.

Seminar müəllim və tələbələr tərəfindən maraqla qarşılanmış, mövzu ətrafındakı sual və müzakirələrlə tamamlanmışdır.

xəbərlərə keçin
bar close