Hadisələr, Xəbərlər və Elanlar

Məqaləni oxuyun
“JAZZ DOSTLARI” BİRLİYİNƏ AİD XƏBƏRLƏR

Azərbaycanın jazz cəmiyyətində əhəmiyyətli bir hadisə baş vermişdir - 2018-ci il aprel ayında qeydiyyatdan keçmiş “Jazz Dostları” qeyri-dövlət ictimai Birliyi sentyabr ayından etibarən öz fəaliyyətinə başlamışdır. Birlik rəyasətin sədri Nuri Əhmədov və sənətşünaslıq üzrə fəlsəfə elmləri doktoru, UNESCO beynəlxalq musiqi komitəsi nəzdində milli musiqi komitəsinin prezidenti...

Məqaləni oxuyun
“JAZZ DOSTLARI” BİRLİYİNİN İLK FƏALİYYƏT ADDIMLARI

“Jazz Dostları” Birliyinin ilkin ciddi addımı ictimai mass-media məkanlarından biri, ölkəmizdəki və ümumdünya səciyyəli jazz hadisələrini işıqlandıran "Jazz.Az." jazz saytının bərpası olmuşdur. Xatırladaq ki, "Jazz.Az" saytı 2005-ci ildə Bakı Jazz Mərkəzinin direktoru Nuri Əhmədovun təşəbbüsü ilə yaradılmışdır... 2018-ci ildən etibarən "Jazz.Az" saytı bərpa olunmuş və 2019-cu ilin yanvar ayından etibarən öz fəaliyyətini davam etdirməyə başlamışdır. 

Məqaləni oxuyun
«MOON BLUE» JAZZ KLUBUNUN AÇILIŞI

16 noyabr 2018-ci il jazz mədəniyyətimiz üçün əlamətdar tarixlərdən biri oldu. Ölkəmizin ən qədim abidələrindən olan İçərişəhərin mərkəzində yerləşən yeni “Moon Blue” Jazz klubu öz fəaliyyətinə başladı. Yeni jazz məkanının açılışı bir çox cazmenlərin, təşkilçi və pərəstişkarların iştirakı ilə iki gün ərzində keçirilən təqdimat gecələrində baş verdi

Məqaləni oxuyun
ŞAHİN NÖVRƏSLİ “THE AMERICAN SONGBOOK” İFA EDİR

“Shahin plays The American Songbook” sərlövhəli konsert Parisdə Pol Elüar Teatrında Jazz Au Fil De Loise cəmiyyətinin dəstəyi ilə baş tutmuşdur...

Məqaləni oxuyun
14-28.10.2018 BAKI JAZZ FESTİVALI

Ənənəvi olaraq payız fəslinə təsadüf edən Beynəlxalq Bakı Jazz Festivalının növbəti keçirilişi 14-28 oktyabr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və "A+A" şirkətlər qrupunun təşkilçiliyi, eləcə də Türkiyə, Norveç, Fransa, Almaniya, ABŞ, Gürcüstan və digər ölkələrin ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutdu. Festival çərçivəsində keçirilmiş gənc ifaçıların "I'm jazzman" müsabiqəsi, tanınmış jazz musiqiçilərinin iştirakı ilə ustad dərslər, rəssam Cəmalə Rəhmanlının sərgisi və məşhur kinoşünas Ülvi Mehdinin iştirakı ilə kinoseanslar təşkil olundu.

bar close