Hadisələr, Xəbərlər və Elanlar

Məqaləni oxuyun
ƏHMƏD CAMAL TƏQDİM EDİR: ŞAHİN NÖVRƏSLİ

Bu kimi şərəfli başlıq altında Parisdə, məşhur “Sunset Sunside” jazz klubunda 27-28 oktyabr 2018-ci ildə keçən konsertlər Şahin Növrəslinin iştirakı ilə baş tutdu...

Məqaləni oxuyun
RHINO JAZZ(s) FESTİVAL’IN 40 İLİ

2018-ci ilin oktyabr ayında Fransada Sen-Şamon şəhərində məşhur Rhino Jazz(s) Festivalın 40 illiyinin qeyd olunması məqsədilə 30-dan artıq tədbiri – təqdimatları, məktəb konsertlərini, kitabxanalarda keçən yazılı seminarları, müxtəlif tematik axşamları və qala-konserti daxil edən böyük festival keçirildi.

Məqaləni oxuyun
AYNUR DOĞAN, SALMAN QƏMBƏROV & “ENDLESS DUO” DÜNYA JAZZ TURUNDA

2018-ci ilin sentyabr ayında Aynur Doğan, Salman Qəmbərov və “Endless Duo” heyətinin ABŞ və Kanada şəhərləri üzrə jazz turnesi baş tutmuşdur. ABŞ turu zamanı musiqiçilərə suriyalı bəstəkar, klarnet ifaçısı Kinan Azmeh də qoşulmuşdur

Məqaləni oxuyun
AVİŞAY KOEN VƏ ELÇİN ŞİRİNOVUN JAZZ TURNESİ

Məşhur İsrailli musiqiçilər – basist Avişay Koen və perkussionist İtamar Doari azərbaycanlı jazz pianoçu Elçin Şirinov ilə birgə trio heyətində dünya üzrə turneyə çıxmışlar. İlk əlamətdar şou-konsert Yaponiyada, Blue Note jazz klubunun 30-illik yubileyi münasibətilə Tokyo Kioi Hall səhnəsində keçmişdir. Trio “17 Strings” heyətinin müşayiəti ilə çıxış etmişdir.

Məqaləni oxuyun
15.07-20.07.2018 İSME-2018. 33-cü Ümumdünya Konfransı. Bakı. Azərbaycan

“Həyat musiqi ilə keçən bir səfərdir...” – kəlməsi ISME cəmiyyətinin 33-cü Beynəlxalq Konfransının şüarıdır. Musiqi Təhsili üzrə Beynəlxalq Cəmiyyət olan ISME (International Society for Music Education) bu ilin ümumdünya konfransını paytaxtımız Bakıda keçirmək qərarını vermişdi.

bar close