Hadisələr, Xəbərlər və Elanlar

Məqaləni oxuyun
26.06 – 17.07.2018 “AHMEDOWSKY TRIO” XXV İSTANBUL JAZZ FESTİVALINDA

2018-ci ilin 26 iyun - 17 iyul tarixlərində Türkiyə paytaxtında XXV İstanbul Jazz Festivalı keçirilmişdir. Festivala dəvət alan ifaçılar sırasında Türkiyənin Öndər Focan və onun “Organic Quartet”i, Al’ York, Ozoyo, So Duo və Dostlar, Takidum, Sibel Demirin "Quintet"i, məşhur jazz və rock ulduzlarından isə Robert Plant, Kört Eylinq və b. qeyd oluna bilər. “25 Yıldır Caz ve Dahası” şüarı festivalın keçirilmə formasına mühüm bir status vermişdir.

Məqaləni oxuyun
“MORGELAND” FESTİVALI OSNABRÜK. “BÜTÜN ULDUZLAR”

2018-ci ildə 10, 12 aprel və 22, 24 iyun tarixində keçirilən “Morgenland All Star Band” festivalı çərçivəsində Almatı, Berlin ("Boulez Saal" zalında) və Osnabrük şəhərlərində baş tutan konsertlərə Salman Qəmbərov yenidən dəvət olunmuşdu. O, digər iştirkaçılarla birlikdə öz əsərlərndən ibarət üslub və texniki zəmini etibarilə zəngin proqram işləmişlər.

Məqaləni oxuyun
07.06 – 08.06.2018 IX BEYNƏLXALQ QAFQAZ JAZZ FESTİVALI

Hər il Qafqaz ölkələrini, eləcə də dünyanın müxtəlif qitələrindən təşrif buyuran musiqiçiləri toplayan Qafqaz Jazz Festivalının Tbilisi şəhərində növbəti keçirilişi baş tutdu. Azərbaycandan dəvət almış pianoçu və bəstəkar, cazmen Salman Qəmbərov festival proqramında öz ethno-jazz və dünyəvi jazz standartlarına kompozisiyalarını ifa etdi. Festival öz ənənəsinə sadiq olaraq, tamamlayıcı təntənəli konsertlə və olduqca parlaq cem-seyşn hissəsi ilə proqramını 8 iyun başa vurdu.

Məqaləni oxuyun
04.06-08.06.2018 BAKI YAY JAZZ GÜNLƏRİ

"Baku Summer Jazz" (Bakı Yayının Jazz Günləri)– adlı silsilə, jazz konsertlərinin formatı yeganə və yığcam məkanda - Beynəlxalq Muğam Mərkəzinin səhnəsində keçirildiyi üçün belə adlandırılıb. 2018-ci ilin yay mövsümü həmin "Baku Summer Jazz Days" festivalı ilə başladı. “Premier Art Management” prodüser agentliyinin təşəbbüs və təşkilçiliyi altında və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ardıcıl olaraq beş gün ərzində müasir jazz'ın aparıcı ifaçılarının konsertləri və jazz'a həvəsli rəssamların əsərlərindən ibarət sərgi keçirildi.

Məqaləni oxuyun
01.06-05.06.2018 “EURASIA PROJECT” GÖRÜŞÜ

Norveçin Bergen şəhərində Qriq adına Musiqi Akademiyasının dəstəyi və təşkilatı altında keçirilmiş "Eurasia Project" layihəsi baş tutmuşdur. Layihənin iştirakçıları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyası, Kurmanqazı adına Qazaxstan Milli Konservatoriyasının nümayəndələri olmuşdur. BMA ilə Qriq Akademiyası arasında səkkiz ildən çox ...

bar close