Hadisələr, Xəbərlər və Elanlar

Məqaləni oxuyun
25.05 – 02.06.2018 BERGENDƏ “GECƏ JAZZ FESTİVALI”, NORVEÇ

Hər il Norveçdə Bergen şəhərində cazsevərlərə yaxşı məlum “Natt Jazz Festival” keçirilir və ənənə üzrə sardina fabrikasının ərazisində USF Verftet (United Sardines Factory Verftet) məkan alır. “Gecə Jazz Festivalı” mənasını bildirən “Natt Jazz Festival" – yaz-yay fəslinin uzunmüddətli jazz bayramlarından olub, əsasən müasir jazz'a üstünlük verir. 2018-ci il festival 50-dən çox, müxtəlif ölkələrdən dəvət almış ifaçıları və qrupları topladı.

Məqaləni oxuyun
03.05.2018 QORAN BREQOVİÇ BAKIDA!

Bu ilin 3 may tarixində on beş il əvvəl arzuladığımız xəyal çin oldu: dünya şöhrətli musiqiçi, postsovet balkan rock musiqisinin ulduzu və bəndlideri, müasir dünya kinematoqrafına özünəməxsus saundtrek musiqi bəstəçisi kimi daxil olmuş, olduqca orijinal dəsti-xətli Qoran Breqoviçin Bakıda H.Əliyev Mərkəzində ilk konserti baş tutdu. Çoxdandan arzulanan bu görüşün təşkilçisi “Premier Ltd Art Management” prodüser agentliyidir.

Məqaləni oxuyun
28.04 – 30.04.2018 SANKT-PETERBURQDA BEYNƏLXALQ JAZZ GÜNÜ

2018-ci il 30 aprel Sankt-Peterburq şəhərində VII Beynəlxalq Jazz Gününün təntənəli açılış mərasimi keçirilmişdir. Tədbir Ermitajın Baş qərargahında məkan almışdır. Rusiyanın şəhərləri sırasında məhz Peterburq bu dünya miqyaslı və bütün dünyada sevilən musiqi bayramını qəbul etmişdir.

Məqaləni oxuyun
ETİBAR ƏSƏDLİNİN “EXPERIMENT” LAYİHƏSİ

28 aprel 2018 ildə Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında tanınmış gənc bəstəkar və jazz pianoçusu Etibar Əsədlinin “Eksperiment” mövzusunda maraqlı seminarı baş tutmuşdur. Seminar müəllim və tələbələr tərəfindən maraqla qarşılanmış, mövzu ətrafındakı sual və müzakirələrlə tamamlanmışdır.

Məqaləni oxuyun
21.04.2018 – Jazzeri Bands

Artıq üçüncü ildir ki, “Jazzeri Bands” başlığı altında konsert proqramına gənc ifaçılar cəlb edilir. Builki konsertə gənc şeypur ifaçısı Firudin Həmidovun “H3” heyəti, Afşin Əlizadənin və Nicat Aslanovun qrupları, müğənnilərdən - Leys İzzi təxəllüsü ilə çıxış edən Leyla İzzətova, Nərmin Kərimbəyova cəlb olunmuşdu. Son zamanlar gənclərin fəal üslub axtarışları, məşhur xəlqi ya dünyəvi folklor ya estrada irsindən mənimsədikləri mövzulara maraqlı kaver-işləmələr və improvizələr diqqəti cəlb edir.

bar close