İSFAR SARABSKİ DAFFER YOSSEFİN ÜMÜMDÜNYA JAZZ TURNESİNDƏ

2018-ci ilin mart və aprel aylarında öz jazz turnesinə başlayan dünya şöhrətli, suriya mənşəli cazmen, Daffer Yossef azərbaycanlı cazmen, pianoçu İsfar Sarabskini də dəvət etmişdir. Hər iki musiqiçinin əyani tanışlığı 2015-ci ildə, V Beynəlxalq Jazz Günündə baş vermişdir.

İfaçılar əvvəl Fransanın Monruj şəhərində baş tutan festival və ustad dərslərdə Culio Qalo və Mett Bryuer ilə, sonra Monröy şəhərində keçirilən “Banlieues Bleues” jazz festivalında Ferens Nemet və Cef Umber ilə birgə çıxış etmişlər.

xəbərlərə keçin
bar close