2018-ci ilin oktyabr ayında Fransada Sen-Şamon şəhərində məşhur Rhino Jazz(s) Festival-ın 40 illiyinin qeyd olunması məqsədilə
30-dan artıq tədbiri – təqdimatları, məktəb konsertlərini, kitabxanalarda keçən yazılı seminarları, müxtəlif tematik axşamları və qala-konserti daxil edən böyük festival keçirildi. Bu il festivalın qonaqları sırasında müğənnilər Çayna Mozes, Kimberouz, Melissa Lavo, müasir jazz ifaçısı Mario Batkoviç, heyətlərdən American Gospel, Zozophonic Orchestra, Caroline Jazz Band və bir çox başqalarının adını çəkmək olar.
Yubiley festivalı çərçivəsində oktyabrın 26-da azərbaycanlı cazmen Şahin Növrəslinin fransız musiqiçiləri – Kristof Monyo və
Ceff Budro ilə bahəm Rod Skott zalında konserti baş tutdu.
İmpulsiv və həzin jazz gecəsi blüz axşamları, qiraət və rəqs gecələrini daxil edən rəngarəng proqramla ahəngdar oldu.