CƏMİL ƏMİROV

CƏMİL ƏMİROV

Bəstəkar, Jazz İfaçısı.
Doğum Tarixi:

Azərbaycan Respublikasının xalq artisti.

Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (prof. Cövdət Hacıyevin sinfi) məzunu.

“SAVAB” qrupunun banisi.

Rafiq Babayevin idarə etdiyi Azərbaycan Radiosu və Televiziyasının Estrada-Simfonik Orkestrində və orkestr nəzdində kiçik heyətdə (1983), C. Əmirovun idarə etdiyi “QOBUSTAN ansablında (1984) və R.Babayevin rəhbərliyi altında “CƏNGİ” heyətində və eyniadlı rəqs ansamblında çalışmışdır (1991).

“Memory” (2000, V.Mustafazadənin xatirəsinə), “İstanbul Live” cd-albomlarının müəllifi və ifaçısıdır.

İştirak etdiyi festivallar:
* Beynəlxalq Jazz Festivalı (Tbilisi,1986)
* Oriental Jazz Fest (Almaniya, 1999)
* International Baku Jazz Festival (Azərbaycan, 2004-2007)
* Istanbul Jazz Festival (Türkiyə, 2005)
* Montreux Jazz Festival (İsveçrə, 2012)
* Astana Blues (Qazaxıstan, 2006)
* Dushanbe Jazz Festival (Tacikistan, 2012)
* Baku Jazz Festival (Azərbaycan, 2015) və s.

 

bar close