ƏFQAN RƏSUL

ƏFQAN RƏSUL

Pianoçu.
Doğum Tarixi:

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin məzunu (prof. Yuriy Sabayevin sinfi, 2008).

Salman Qəmbərovdan, sonralar Gerald Clayton, Jonathan Thomas kimi cazmenlərdən jazz dərsləri almışdır.

Respublika üzrə IX pianoçular müsabiqəsinin I mükafatı laureatı (Bakı,2004).

Montreux Jazz Festival çərçivəsində pianoçuların müsabiqəsinin yarımfinalçısı (İsveçrə, 2012) olmuşdur.

2015-2017-ci illərdə ABŞ-da Nyu-York şəhərində yaşayarkən “Smalls Jazz Club”-da dəfələrlə çıxış etmiş, Barry Harris, Kenny Barron kimi cazmenlərin ustad dərslərində iştirak etmişdir.

İştirak etdiyi festivallar:
* International Baku Jazz Festival (Azərbaycan, 2005, 2006)
* Kavkaz Jazz Festival (Tbilisi, 2015)
* Baku Jazz Festival (Azərbaycan, 2011-2013, 2018)
* I Baku International Jazz Festival and Conference (VIII Beynəlxalq Jazz Günü çərçivəsində. Bakı Musiqi Akademiyası. Bakı, 2019) və b.

 

bar close