ƏLƏSGƏR ABBASOV

ƏLƏSGƏR ABBASOV

Gitaraçı.
Doğum Tarixi:

Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər fakültəsinin violonçel ixtisası üzrə məzunu (prof. Y. Abdullayevin sinfi).

“ABŞERON” qrupunda gitaraçı kimi çalışmış, V.Mustafazadənin “MUĞAM” qrupu ilə əməkdaşlıq etmiş, Rafiq Babayevin idarə etdiyi Azərbaycan Dövlət Televiziya və Radiosunun Estrada Orkestrində və orkestr nəzdindəki kiçik ansamblın, sonralar R.Babayevin eyniadlı rəqs qrupu ilə bahəm idarə etdiyi “CƏNGİ” qrupunun (1991) üzvü olmuşdur. Eləcədə C.Əmirovun rəhbərlik etdiyi “QOBUSTAN” ansablın üzvü idi. (1984)

Cəmil Əmirovla, Rauf Sultanovla, Səyavuş Kərimi və b. ilə əməkdaşlıq etmişdir.

Hal-hazırda, Türkiyada, İzmir şəhərində yaşayır.

İştirak etdiyi festivallar:
* Oriental Jazz Fest (Almaniya, 1999)
* Baku Jazz Festival (Azərbaycan, 2005) və b.

 

bar close