ƏZİZƏ MUSTAFAZADƏ

ƏZİZƏ MUSTAFAZADƏ

Pianoçu.
Doğum Tarixi:

Azərbaycan Respublikasının xalq artisti.

Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin (prof. Namiq Sultanovun və prof. Fərhad Bədəlbəylinin Rzayevanın sinfi) məzunu.

Dahi jazz’men Vaqif Mustafazadənin qızı, XX əsrin tanınmış pianoçularından biridir. Bir jazz ifaçısı kimi atası Vaqif Mustafazadənin bilavasitə təsiri altında yetişmiş, atasının ölümündən sonra jazz’men Rafiq Babayevin dəstəyi ilə öz yaradıcılıq yolunu davam etmişdir.

“QAYA” vokal qrupunda çalışmışdır (1985-1992).

Dünyanın bir çox məşhur jazz ulduzları – El di Meola, Omar Hakim, Stenli Klark, saksofonçu Bill Evansla, Bobbi Makferrinlə və b. ilə əməkdşlıq etmişdir.

Bir sıra audio-albomların müəllifidir: “Aziza Mustafazadeh”, “Dance of Fire”, “Seventh Truth”, “Jazziza”, “Shamans'”.

İştirak etdiyi festivallar:
* V.Mustafazadənin xatirəsinə Bakı Jazz Festivalı (Bakı,1983)
* International Jazz Festival (Tbilisi, 1986)
* International Baku Jazz Festival (Azərbaycan, 2007) və s.

 

bar close