HÜSEYN ƏLİYEV

HÜSEYN ƏLİYEV

Zərb Alətləri İfaçısı
Doğum Tarixi:

Asəf Zeynallı adına Musiqi Texnikumunun məzunu (əvvəl violin, sonra zərb alətləri sinfi 1955) və Azərbaycan Dövlət Konservatoriyası (1960).

1953-cü ildən etibarən respublikada fəaliyyət göstərən ilk zərb alətləri ifaçılarından biri.

“Qızıl Payız” Bakı Estrada musiqisi Festivalının diplomantı (1978), “Bakı-1969” və “Bakı-1970″ festivallarının laureatı.

Bir çox festival və konsertlərin iştirakçısı.

Dövlət Estrada Orkestrində çalışdığı illərdə zərb alətlərində solo ifa edilən üç kompozisiyanın ifaçısı – azərbaycan ritmləri, jazz ritmləri və özbək-tacik rəqs ritmləri əsasında.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının orkestrində (1955), Rauf Hacıyevin idarə etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində (1958-1969),”Nizami” kinoteatrı nəzdində estrada orkestrində, “Qaya” vokal-instrumental ansamblında, Mahmud Esambayevin rəqs ansamblında (1957), Müslüm Maqomayevin ansamblında (1959), Azərbaycan Dövlət Televiziya və Radiosunun Dövlət Estrada orkestrində (Tofiq Əhmədovun rəhbərliyi ilə, 1969-1970) çalışmışdır.

İştrak etdiyi festivallar:
* Ümumittifaq Jazz Festivalı (1969),
* “Bakı-1969”,
* “Bakı-1970”,
* “Bakı Payızı” (Bakı, 1978)

 

bar close