NİGAR AXUNDOVA

NİGAR AXUNDOVA

Musiqişünas, Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru.
Doğum Tarixi:

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinin məzunu.

Konservatoriyasnı bitirdikdən sonra elmi fəaliyyətlə məşğul olmuş, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışmışdır. 2000-ci ildən etibarən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mədəni siyasət üzrə idarəsinin yaradılması və idarəçiliyi məqsədilə burada işləməyə dəvət almış, 2006-cı ildən etibarən diplomatik fəaliyyətlə məşğul olmuşdur.

Azərbaycanda YUNESKO-nun nəzarəti ilə yaradılmış İnternational Music Council (İMC) ictimai təşkilatının ilk sədri vəzifəsində çalışmışdır. 2004-cü ildə İMC təşkilatının Qaaqada keçirdiyi və müasir musiqidə improvizasiyalıq probleminə həsr edilmiş beynəlxalq konfransda “Azərbaycan musiqisində improvizəlilik. Muğamdan jazz’a qədər” məruzəsi ilə çıxış etmişdir.

2006-2015 illərdə Humanitar məsələlər üzrə Müşavir vəzifəsində çalışmışdır, 2017-ci ildən cari ilədək – Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə Müşavir vəzifəsini yerinə yetirir. Moskvada çalışdığı illərdə N.Axundova Azərbaycan mədəniyyəti, o cümlədən jazz mədəniyyətinin təbliğatına həsr edilmiş 10 və daha artıq layihənin müəllifi və rəhbəri olmuşdur. Salman Qəmbərovun və Emil İbrahimin 2007-ci ildəki konsertləri, 2012-ci ildə keçirilmiş “Azərbaycan jazz’ının üç nəsli”, Vaqif Mustafazadənin xatirə gecələri (2014, 2019) və digərlərini qeyd etmək lazımdır.

 

bar close