SALMAN QƏMBƏROV

SALMAN QƏMBƏROV

Bəstəkar, Musiqişünas, Jazz Pianoçusu, Pedaqoq.
Doğum Tarixi:

Azərbaycan Respublikasının xalq artisti.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının musiqişünasıq və bəstəkarlıq (prof. İsmayıl Hacıbəyovun sinfi) fakültələrinin məzunu.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, “Bakustik Jazz” qrupunun banisi və rəhbəri, R.Behbudov adına Mahnı Teatrının art-direktoru.

Bir sıra albomların (CD, Dvd) müəllifi: «East or West?», «StandArts Dialogue», «Lieder Leader» və s.

Müxtəlif ölkələrin musiqiçiləri ilə əməkdaşlıq etmişdir: Verner Enqlert, Debora Karter, Aleksandr Maşin, Rezo Kiknadze, Mark Tokar, Aynur Doğan və “Endless Duo” (Kayhan Kalxor və Cəmil Qoçgiri ilə), Florian Veber və b.

İştirak etdiyi festivallar:
* TranssibInterJazz-99 (Novosibirsk, 1999)
* Qafqazyanı Ölkələr: Qırılmış Əlaqələrin Bərpası (Ulan-Bator, Monqolustan, 2001)
* Jazz-Karnaval “Odessa. İmprovizə karuseli” (Ukrayna, 2001)
* Oriental Jazz Fest (Almaniya, 1999)
* SoNoRLinks: Dialogue of Cultures (Bakı, 2003)
* Zelt-Musik-Festival (Frayburq, 2003)
* Caspian Jazz and Blues (Bakı, 2002-2004)
* Baku International Jazz Festival (Azərbaycan, 2005, 2009-2015)
* Kaunas Jazz Festival (Litva, 2012)
* I International Jazz Day (Paris, 2012)
* Sounds of Silence (Tbilisi, 2013)
* Istanbul Jazz Festival (Türkiyə, 2014)
* Morgenland All Star Band (Almaniya, 2012-2018)
* Kavkaz Jazz Festival (Tbilisi, 2017-2018) və s.

 

bar close