SƏBİNƏ HACİYEVA

SƏBİNƏ HACİYEVA

Jazz Müğənnisi və Pedaqoqu.
Doğum Tarixi:

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin (prof. Adilə Vəkilovanın sinfi) və Gildholl Musiqi və Dram məktəbinin (Guildhall School of Music and Drama) jazz üzrə magistratura şöbəsinin məzunu.

Hal-hazırda İngiltərədə yaşayıb çalışır, Londonun bir çox musiqi məktəblərində jazz və musiqi-nəzəri fənlərindən dərs deyir.

S.Qəmbərovun “Bakustik Jazz” qrupunun üzvü olaraq çalışmış, eləcə də Emil İbrahim, ingilis cazmenləri – Con Törvill, Deyv Hamblett, Konor Çaplin, Dominik Bekhem, Çarli Laffer və b. ilə əməkdaşlıq etmişdir.

İştirak etdiyi festivallar:
* Baku Jazz Festival (Azərbaycan, 2013)
* Barrell Jazz Nights (Bakı, 2017)
* I Baku International Jazz Festival and Conference (VIII Beynəlxalq Jazz Günü çərçivəsində. Bakı Musiqi Akademiyası. Bakı, 2019) və s.

bar close