SEVDA ƏLƏKBƏRZADƏ

SEVDA ƏLƏKBƏRZADƏ

Pop, Soul və Jazz Müğənnisi.
Doğum Tarixi:

Azərbaycan Respublikasının əməkdar artisti.

A.Zeynallı adına Musiqi Kollecinin və Ə.Hüseynzadə adına İncəsənət Universitetinin məzunu.

V.Gərayzadənin “AYPARA” qrupunun üzvü (1991-1992).

R.Haşımovun “RAST” qrupunun keçmiş solisti (1993-2001).

Salman Qəmbərov, Cəmil Əmirov, Emil İbrahim Məmmədov, Elçin Şirinov və digər jazz musiqiçiləri ilə əməkdaşlıq etmişdir.

“HUMAY” (1997) və “GRAND” (1998-2000) mükafatlarına layiq görülmüşdür.

İştirak etdiyi jazz tədbirləri:
* “Radio France International” Beynəlxalq müsabiqəsi (“Rast” qrupu ilə birlikdə, Fransa, 1996)
* “Astana Blues” II Beynəlxalq Jazz Festivalı (Salman Qəmbərov və Cəmil Əmirov ilə birlikdə, Qazaxıstan, 2006)
* Bakı Jazz Mərkəzində konsertlər silsiləsi (Bakı, 2010)
* “Babel Med Music” Festival (Fransa, Marsel, 2010)
* MIX-MUSIC konsert proqramı (Bakı Jazz Mərkəzi, 2012)
* “Jerusalem Sacred Music” Festival (İsrail, Qüds, 2012)
* Montreux Jazz Festival (İsveçrə, 2013) və s.

 

bar close