TOFİQ CABAROV

TOFİQ CABAROV

Zərb və Perkussiya Alətləri İfaçısı.
Doğum Tarixi:

Azərbaycan Respublikasının əməkdar artisti.

Beynəlxalq Zərbçilər Festivalının prodüseri (2004-2009).

“BAKUBA” qrupunun banisi və rəhbəri.

“PENINSULA” (Yarımada) layihəsinin müəllifi (2013).

“QAYA” ansamblında, sonra Rafiq Babayevin idarə etdiyi Azərbaycan Radiosu və Televiziyasının Estrada-Simfonik Orkestrində və orkestr nəzdində kiçik heyətdə (1986), “CƏNQİ” rəqs ansamblı ilə R.Babayevin rəhbərliyi altında müştərək eyniadlı heyətdə (1991) çalışmışdır. Sonralar Salman Qəmbərovun “Bakustik Jazz” qrupu, Cəmil Əmirovun “Savab” qrupu və digər musiqiçilərin heyətləri ilə əməkdaşlıq etmişdir.

İştirak etdiyi festivallar:
* Beynəlxalq Jazz festivalı (Tiflis, 1986)
* Oriental Jazz Fest (Hamburq, 1999)
* Transsib Inter Jazz-99 (Novosibirsk, 1999)
* Caspian Jazz and Blues (Bakı, 2002)
* SoNoR Links: Dialogue of Cultures (Bakı, 2003)
* Zelt-Musik-Festival (Frayburq, 2003)
* Baku Jazz Festival (Azərbaycan, 2004-2007, 2012)
* Montreux Jazz Festival (C.Əmirovla birlikdə, İsveçrə, 2012) və s.

bar close