VAQİF SADIXOV

VAQİF SADIXOV

Məşhur Azərbaycan və Rus Jazz Pianoçusu, Bəstəkarı, Bəndlideri və Muəllimi.
Doğum Tarixi:

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano ixtisası üzrə (1966-1971 illər, professor Zöhrab Adıgözəlzadənin sinfi) məzunudur.

Jazz ilə hələ məktəb çağlarından məşğul olmağa başlamış, hətta simfo-jazz orkestrə rəhbərlik etmişdir. 1960-cı illərdə Moskvaya köçmüş, “Sinyaya Ptisa” və “Peçora” kimi məşhur kafelərdə jazz pianoçusu kimi işləmişdir. Ümumittifaq Radio və Televiziyasının Estrada-Simfonik Orkestrində (1968-1971), Oleq Lundstremin orkestrində (1972-1978), M.Maqomayevin orkestrində (1978) solist pianomu kimi çalışmışdır. “KM” (Kafe Molodyojnoe) kvarteti, “Melodiya” Ümumittifaq səsyazma studiyasının “Melodiya” adlı ansamblı (1979-1985), Ümumittifaq Dövlət Kinematoqrafiyasının Simfonik Orkestrində (1985-1990) və s. bu kimi məşhur heyətlərdə çalışmışdır.

1979-cu ildə “Solistlər Jazz-Kvinteti” adlı heyət toplayəb ona rəhbərlik edərək özünü bir bəstəkar və bəndlider kimi də gerçəkləşdirmişdir.

1990-2000 illərdə “Jazz Trio” heyətinə (Anton Revnyuk və Aleksandr Maşin ilə) rəhbərlik etmişdir.

Bir çox məşhur əcnəbi və rus jazz ifaçıları ilə əməkdaşlıq etmişdir. Bunlar arasında Pol Uinter (1989, Moskva), Valeriy Ponomaryov (1990, I Moskva Beynəlxalq Jazz Festival və 1991, ABŞ), Mark Conson (1997, Novosibirsk və Moskvadakı Jazz Festivallar), İqor Butman (1998, Estoniya, JazzKaar Festivalı), Tommi Smit (1999, Bakı), Tom Uolş (2000, Bakı), Conni Qriffin (2007, Moskva) və digərləri vardır.

Azərbaycana qayıdaraq Dövlət Estrada-Simfonik Orkestrində çalışmışdır (1978-1980).

Diskoqrafiya:
* «Barometr» (Solistlər Jazz-Kvinteti, Melodiya, LP 1983 / CD 2007)
* «Vaxt Geldi» (Qenadiy Qoltşteynin Kvarteti / Konstantin Nosovun Kvinteti), (Melodiya, 1988)
* «Notarial Təsdiq olunmuş Blyuz» – Aleksey Nikolayevin (Ermatell, CD 1998, «Jazz from Siberia» setiyası)
* «Too Close For Comfort» – Vaqif Sadıxovun Triosu (Moscow International Oil Club, CD 2007)
* «Vaxtın Əks Sədası» / «Time Reflection» (Artservice Ltd, CD 2013)
* «Xəzər Çuxuru» / «Caspian Groove» (Artservice Ltd, CD 2014)
* «Kölgələr Oyunu» / «The Play of Shadows» (Artservice Ltd, CD 2014)
* «Su üzərində Rəqslər»/ «Dances on the Water» (Artservice Ltd, CD 2014)
* «Duet», Serqey Qolovnya ilə / «Duet» with Sergei Golovnya (Artservice Ltd, 2015)

bar close