MƏQALƏLƏR VƏ MÜSAHİBƏLƏR

Məqaləni oxuyun
28-30.04.2018 VII BEYNƏLXALQ JAZZ GÜNÜ/RUSİYA, SANKT-PETERBURQ

8-30 aprel 2018-ci il Rusiyanın ən gözəl şəhərlərindən biri olan Sankt-Peterburqda keçirilən VII Beynəlxalq Jazz Gününün tarixi oldu. Misilsiz görkəmi, möhtəşəm imperiya keçmişinə malik, öz baleti, təsviri sənəti, teatrı və peterburq jazzmenlərinin yaratdığı məxsusi urbanistik jazz sənəti ilə dünya mədəniyyətinə böyük töhfələr gətirmiş şəhər kimi tanınmış Peterburq tədbirin paytaxtı olaraq seçilmişdi. Üç günün ərzində baş tutan ənənəvi beynəlxalq jazz forumu möhtəşəm tədbirlərin – filarmonik və açıq havada keçirilən konsertlərin, ustad dərslərin, seminarların, kino təqdimatların, panel diskussiyaların və yekun qala-konsertin keçirilişi ilə qeyd olundu.

Məqaləni oxuyun
03-10.12.2018 RESPUBLİKA AKADEMİK, XALQ VƏ JAZZ MUSİQİSİ FESTİVALI

2018-ci il 03 - 10 dekabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalına musiqi məktəbləri və kolleclərinin şagirdlərindən ibarət böyük heyət təşrif buyurmuşdu. Mədəniyyət Nazirliyinin təşkili dəstəyi ilə Orta İxtisas Musiqi Məktəb-Studiyasının və BMA-nın “Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının (kafedra müdiri – sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Məmmədova) müştərək layihəsi əsasında klassik, xalq və jazz musiqisi üzrə Respublika Festivalı keçirilmişdi.

Məqaləni oxuyun
2018 BAKI YAY JAZZ GÜNLƏRİ

04-08 iyun paytaxtımızda "Bakı Yay Jazz Günləri" (Baku Summer Jazz Days) keçirildi. Layihə yeganə kamera məkanda – Beynəlxalq Muğam Mərkəzinin səhnəsində keçirildiyi üçün bu şəkildə adlandırılmışdır. “Premier Ltd Art” prodüser agentliyinin rəhbərliyi və təşkilçiliyi altında keçirilmiş bu mini-festival, Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənərək dünya jazz ulduzlarının ...

Məqaləni oxuyun
25.05 – 02.06.2018 NATT JAZZ (GECƏ JAZZ’I)

NattJazz Festival 1972-ci ildən etibarən keçirilir və müasir jazz mədəniyyətinin bütün çoxcəhətli və perspektivli tərəflərini dəstəkləyərək, təbliğ etmək məqsədinə xidmət edir. Festivalın təşkilçiləri sırasında ən nüfuzlu təşkilatlar – SpareBanken bankı, Bergens Tidende qəzeti, Canal Digital televiziya kanalı, First Hotel Marin oteli və b. durur. NattJazz həmçinin Norveç İncəsənət Şurası, Bergen Bələdiyyəsi və Hordalann zonasının Bələdiyyəsi kimi dövlət orqanlarından qrantlar alır. Festivalın məxsusi çalarını və sərbəst ab-havasını onun yerləşdiyi, keçmişdə sardina fabriki, hal-hazırda isə “USF Verftet” adlanan mədəni məkan yaradır.

Məqaləni oxuyun
“BARREL JAZZ NIGHTS FESTIVAL” DOSTLARI TOPLAYIR

07-10 sentyabr 2017-ci il ABŞ, Rusiya, Gürcüstan cazmenlərinin Bakılı əməkdaşları ilə yaradıcı təmasda iştirakı ilə keçirilən "Barrell Jazz Nights" marafonunun tarixi oldu. “Dostlarla bahəm caz” sentyabr ayının cəmi dörd gününü əhatə edib, bakı dinləyicilərini – çoxdandan etibarən caz ab-havasında, müasir cərəyanların, qonaqlara bəslənilən xoş və mehriban rəftar və ən əsası dostluq və...

bar close