2017-ci il noyabr ayında Eurasians Unity təşkilatının təşəbbüsü ilə bəstəkar, jazz pianoçusu, respublikanın əməkdar artisti Salman Qəmbərov Berlində “RBB” səsyazma studiyasında kompakt disk formatında yazıya alınan “Jazz Meets World Music” layihəsində iştirak etmək üçün dəvət olunmuşdur.
Layihə çərçivəsində S.Qəmbərov müxtəlif ölkələrin musiqiçiləri ilə birlikdə
kimi alman şəhərlərində konsertlər vermişdir.
“Jazz Meets World Music” müasir jazz’ın ethno, free-jazz, world music kimi ən qabaqcıl cərəyanlarına təmayül edən maraqlı bir silsilədir.
Alboma iştirakçı musiqiçilərin xalq və müəllif mövzularına işlədiyi kompozisiyalarla bahəm, Fikrət Əmirovun “Göygöl” mahnısı daxil olmuşdur.