İSFAR SARABSKİ “REIMS SUNNYSIDE” JAZZ FESTİVALINDA

2017-ci ilin noyabr ayında Fransanın Reyms şəhərində “La Cartonnerie” zalında bir sıra məşhur jazz ifaçılarının – Bireli Lagrene,
Steve Coleman, Avishai Cohen Trio, Aka Moon, Fabrice Martinez Quartet «Chut», Andy Emler & Thomas de Pourquery Duo və başqalarının iştirakilə “Sunnyside” Jazz Festivalı keçirilmişdir.

Festivalın iştirakçılarından biri də respublikanın əməkdar artisti İsfar Sarabski olmuşdur.

Festivalın təşkilində 2011-ci ildə yaradılmış “Jazzuz Productions” şirkətinin rolu əsasdır.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkili dəstəyi ilə festivala qatılan İ.Sarabski solo proqramla çıxış edərək, özünün “G-Man”, “Planet” kompozisiyalarını, “Blame İt On My Youth” klassik jazz standartına improvizəsini və s.ifa etmişdir.

xəbərlərə keçin
bar close